İspaniyanın Baş naziri Pedro Sançes erkən seçki çağırışlarına münasibət bildirib.
Redaksiya xəbər verir ki, Sançes bəzi siyasi həmkarlarının erkən seçki istədiyini, çünki onun daha güclü parlament çoxluğu ilə ölkəni daha rahat idarə edə biləcəyini düşündüklərini deyib.
“Bəzi həmkarlarım erkən seçki çağırışı edir, çünki başa düşürlər ki, daha güclü parlament çoxluğu ilə daha rahat hökumət qura bilərəm. Buna görə təşəkkür edirəm”, — deyə Sançes bildirib.
Bununla belə, baş nazir seçki qərarının partiya maraqları naminə verilə bilməyəcəyini vurğulayıb.
Onun sözlərinə görə, erkən seçki yalnız ölkənin ümumi maraqları və siyasi sabitlik nəzərə alınaraq gündəmə gələ bilər.
Açıqlama İspaniyada hökumətə qarşı etirazların və Pedro Sançesin istefası ilə bağlı çağırışların artdığı dövrə təsadüf edir.
