San Fransiskoda elektrik kəsintisi nəqliyyata ciddi təsir göstərib

San Fransiskoda elektrik kəsintisi nəqliyyata ciddi təsir göstərib

Fərid Əlizadə · Texnologiya ·

ABŞ-nin San Fransisko şəhərinin bəzi ərazilərində genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Yerli enerji təchizatçısının məlumatına görə, hadisə nəticəsində 10 minlərlə sakin işıqsız qalıb və şəhər infrastrukturu müvəqqəti çətinliklərlə üzləşib.

Redaksiya xəbər verir ki, kütləvi elektrik kəsintisi fonunda pilotsuz avtomobillərdən istifadə edən Waymo şirkəti şəhər üzrə xidmətini dayandırıb. Elektrik enerjisinin olmaması səbəbindən özünüidarə edən nəqliyyat vasitələrinin bir qismi yollarda ilişib qalaraq tıxacların yaranmasına səbəb olub.

Şəhər rəhbərliyi və müvafiq qurumlar nasazlığın aradan qaldırılması üçün operativ tədbirlərin görüldüyünü bildirib. Bildirilib ki, enerji təchizatının mərhələli şəkildə bərpası aparılır və vəziyyət nəzarət altında saxlanılır.

Hadisə San Fransiskoda nəqliyyat axınının və gündəlik fəaliyyətin elektrik infrastrukturundan yüksək asılılığını bir daha gündəmə gətirib. Mütəxəssislər oxşar halların qarşısının alınması üçün ehtiyat sistemlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.