Samsung Galaxy S26 seriyası ilə bağlı yeni sızıntılar yayılıb

Samsung Galaxy S26 seriyası ilə bağlı yeni sızıntılar yayılıb

Səidə Əsədli · Texnologiya ·

Samsung şirkətinin növbəti flaqman smartfonları hesab edilən Galaxy S26 seriyası ilə bağlı ilkin məlumatlar yayılıb. Rəsmi təqdimat hələ baş tutmasa da, sızıntılar cihazların dizayn, qiymət və texniki xüsusiyyətlərində əsasən mərhələli yeniliklərin olacağını göstərir.

Redaksiya məlumat verir ki, Galaxy S26 seriyasının 2026-cı ilin əvvəlində, fevral ayının sonlarında təqdim ediləcəyi gözlənilir. Satışların isə mart ayının əvvəlində başlanacağı bildirilir və qiymətlərin əvvəlki S25 seriyası ilə eyni səviyyədə saxlanılması ehtimal olunur.

Məlumatlara əsasən, yeni modellərdə məhsuldarlıq və enerji səmərəliliyinə yönəlmiş prosessor yeniləmələri, həmçinin süni intellekt imkanlarının genişləndirilməsi planlaşdırılır. Bu məqsədlə təkmilləşdirilmiş neyron mühərrikdən istifadə ediləcəyi vurğulanır.

Dizayn baxımından Galaxy S26 Ultra modelində daha yumru künclərin tətbiq ediləcəyi, baza modellərdə isə kamera blokunun dəyişdiriləcəyi bildirilir. Cihazların Android əməliyyat sisteminin yeni versiyası və yenilənmiş interfeys ilə təqdim olunacağı gözlənilir.