Şahbaz Şərif: "İlham Əliyevlə görüşdüyüm üçün çox şadam"

Şahbaz Şərif: "İlham Əliyevlə görüşdüyüm üçün çox şadam"

Nizami Salmanov · Siyasət ·

Bu gün səhər saatlarında Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyüm üçün çox şadam.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif X səhifəsində paylaşım edib.
"Gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq", - deyə qeyd olunub.