Rusiyanın Qarabağda təxribat cəhdi iddiasını erməni jurnalist dilə gətirdi

Rusiyanın Qarabağda təxribat cəhdi iddiasını erməni jurnalist dilə gətirdi

Sevinc Kərimova · Kriminal ·

Xankəndidə sentyabrın 14-də baş verən silahlı hücum cəhdinin arxasında Rusiyanın ola biləcəyi iddia olunur.

Redaksiya xəbər verir ki, hadisə zamanı 1967-ci il təvəllüdlü Karen Avanesyan meşəlik ərazidə gizlətdiyi “Kalaşnikov” avtomatı, sursat və beş əl qumbarasını götürərək tədbir keçirilən yerə yaxınlaşmağa cəhd edib. Polis tərəfindən saxlanılan Avanesyanın təhlükəsizlik qüvvələrinə atəş açdığı və qumbaralar atdığı bildirilir. Hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti birgə istintaq aparır.

Erməni jurnalist Natali Aleksanyan Türkiyənin GDH mediasına verdiyi müsahibədə “bu hücumun təkbaşına hərəkət edən bir şəxsin əməli ola bilməyəcəyini” bildirib. O, hücumun “əvvəlcədən planlaşdırılmış və Rusiyanın təsdiqi ilə həyata keçirilmiş təxribat” olduğunu iddia edib. Aleksanyan hücumun məqsədinin bölgədə gərginliyi yenidən artırmaq olduğunu deyib və bunun qarşısının alınmasının vacibliyini vurğulayıb.