Rusiyanın Ukraynaya qarşı müharibədə hərbi itkilərinin təxminən 352 min nəfərə çatdığı bildirilir.
Redaksiya “The New York Times”a istinadla xəbər verir ki, rəqəm mühacirətdə fəaliyyət göstərən Rusiyanın “Mediazona” və “Meduza” nəşrlərinin yeni araşdırmasına əsaslanır. 0
Məlumata görə, hesablamalar 2025-ci ilin sonuna qədər həlak olmuş Rusiya hərbçilərini əhatə edir.
Araşdırma sosial şəbəkələrdəki nekroloqlar, məhkəmə və vərəsəlik sənədləri, eləcə də açıq mənbələrdə təsdiqlənmiş ölüm məlumatları əsasında hazırlanıb. 1
Hesabatda qeyd olunur ki, təsdiqlənmiş ölən hərbçilərin sayı hazırda 218 min nəfərə yaxındır, lakin statistik modelləşdirmə ümumi itkilərin xeyli yüksək olduğunu göstərir. 2
“The New York Times” yazır ki, bu göstərici Rusiya-Ukrayna müharibəsini İkinci Dünya müharibəsindən sonra Avropadakı ən ölümcül münaqişələrdən birinə çevirib. 3
Moskva isə müharibə itkiləri ilə bağlı rəsmi statistikanı məhdud şəkildə açıqlayır və son illərdə tam məlumat paylaşmır.
```4
