Rusiyalı hərbi ekspert Andrey Martyanov NATO-nun Rusiya ilə qarşıdurmada yanlış hesablamalar apardığını bildirib.
Redaksiya xəbər verir ki, Martyanov Alyansın Rusiyanı hərbi yolla məğlub edə biləcəyini düşündüyünü deyib.
Onun sözlərinə görə, bu yanaşma Moskvanın cavab tədbirlərini daha da sərtləşdirəcək.
“Bundan sonra Avropa da daxil olmaqla bütün terror infrastrukturunun məhv edilməsi prosesi başlayacaq”, — deyə Martyanov bildirib.
Ekspertin açıqlaması Rusiya ilə NATO arasında gərginliyin yüksəldiyi, Ukrayna müharibəsi və Avropada hərbi hazırlığın artırıldığı dövrə təsadüf edir.
Martyanovun sözləri Moskvanın Qərbə qarşı daha sərt hərbi-siyasi ritorikasının davamı kimi qiymətləndirilir.
