Rusiya Federasiyasının Leninqrad vilayətində yerləşən Ust-Luqa neft terminalı boru xəttinə pilotsuz uçuş aparatları ilə edilən hücumlar səbəbindən fəaliyyət gücünün yarısını itirib.
Redaksiya xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, hücumlar terminalın boru kəmərlərinə ciddi ziyan vurub və bu da ötürmə gücündə kəskin azalmalara səbəb olub.
Terminalın fəaliyyətindəki bu azalma həm daxili, həm də ixrac yönümlü enerji təchizatına təsir göstərir. Hadisə bölgədə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.
Sevinc Kərimova
