Rusiya Prezidenti Vladimir Putin hazırda Pekində Çin lideri Si Cinpinlə görüş keçirir.
Redaksiya xəbər verir ki, Putin danışıqların baş tutacağı Pekin Xalq Yığıncaqları Evinə gəlib.
Görüş zamanı tərəflərin strateji tərəfdaşlıq, enerji əməkdaşlığı, beynəlxalq münasibətlər və yeni hökumətlərarası sazişləri müzakirə etməsi gözlənilir.
Danışıqlar Rusiya və Çin arasında “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyi fonunda keçirilir.
Putinin Pekin səfəri Qərblə gərginliyin davam etdiyi və Moskva-Pekin yaxınlaşmasının daha da gücləndiyi dövrə təsadüf edir.
