Rusiya Ukraynanı atəşkəsi 1365 dəfə pozmaqda ittiham edib

Rusiya Ukraynanı atəşkəsi 1365 dəfə pozmaqda ittiham edib

Yulduz Səlimov · Media ·

Rusiya Müdafiə Nazirliyi Ukraynanın atəşkəsi 1300 dəfədən çox pozduğunu açıqlayıb.

Redaksiya Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu gün atəşkəs rejiminin başlamasından sonra xüsusi hərbi əməliyyat zonasındakı bütün Rusiya bölmələri döyüş əməliyyatlarını dayandırıb və əvvəlki mövqelərində qalıb.

Nazirliyin məlumatına görə, buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələri Belqorod və Kursk sərhəd rayonlarına hücumları davam etdirib və ümumilikdə 153 hücum həyata keçirib.

Rusiya tərəfi həmçinin Ukrayna ordusunun 887 dron hücumu təşkil etdiyini, xüsusi əməliyyat zonasında isə ümumilikdə 1365 atəşkəs pozuntusunun qeydə alındığını bildirib.

Moskvanın açıqlamasına əsasən, atəşkəsin başlanmasından sonra Rusiya hava hücumundan müdafiə bölmələri hərbi əməliyyat zonasından kənarda 396 hava hədəfini vurub.

Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin atəşkəsi pozmasına cavab olaraq idarəetmə mərkəzlərinə və dron buraxılış məntəqələrinə zərbələr endirildiyini açıqlayıb.