Rusiya keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı azad edib

Rusiya keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı azad edib

Yulduz Səlimov · Media ·

Rusiya 32 yaşlı keçmiş ABŞ dəniz piyadası Robert Gilmanı səhhəti ilə bağlı humanitar əsaslarla azad edib. Hazırda o, ABŞ Dövlət Departamentinə məxsus təyyarə ilə ölkəyə aparılır və həkimlər tərəfindən müayinə olunur. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Gilmanın azad edilməsinin Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra baş tutduğunu bildirib. Trampın sözlərinə görə, Moskva keçmiş hərbçini humanitar əsaslarla azad etməyə razılıq verib və bunun müqabilində ABŞ-dan heç nə tələb etməyib.

Gilmanın azad edilməsi çərçivəsində məhbus mübadiləsi keçirilməyib. Reuters-in məlumatına görə, ABŞ rəsmiləri onun səhhətinin ciddi şəkildə pisləşməsi səbəbindən azadlığa buraxılması üçün uzun müddət danışıqlar aparıblar.

Gilmanın ABŞ-a çatdıqdan sonra tibbi müayinədən keçirilməsi və müalicəsinin davam etdirilməsi nəzərdə tutulur. Onun əvvəlcə Vaşinqton yaxınlığındakı Endryus aviabazasına gətiriləcəyi, daha sonra isə reabilitasiya üçün Texas ştatının San-Antonio şəhərinə aparılacağı bildirilir.