Rusiya istehsalı Baikal-M prosessorları ilə bağlı aparılan sınaq proqramı uğurlu qiymətləndirilsə də, layihə davam etdirilmədi. Prosessorun kütləvi istehsala keçirilməsi üçün tələb olunan kristalların çatışmazlığı layihənin bağlanması ilə nəticələnib.
Redaksiya mövzu ilə bağlı yayılan məlumatlara istinadla xəbər verir ki, Baikal-M çiplərinin geniş miqyaslı istehsalı son üç il ərzində planlaşdırılsa da, lazımi texnoloji baza və komponent təminatı mümkün olmayıb. Buna görə də layihə rəsmi şəkildə dayandırılıb.
Mütəxəssislər bildirirlər ki, Baikal-M prosessoru sınaq mərhələsində ümumilikdə müsbət nəticə göstərib və yerli texnologiya inkişafı baxımından “irəliyə doğru addım” kimi qiymətləndirilib. Bununla belə, layihənin bağlanması həmin irəliləyişin davamını qeyri-mümkün edib. Necə deyərlər "bir addım qabağa, iki addım dala".
