Rusiya Bella tankeri ilə bağlı ABŞ-dən təqibi dayandırmağı tələb etdi

Rusiya Bella tankeri ilə bağlı ABŞ-dən təqibi dayandırmağı tələb etdi

Sevinc Kərimova · Siyasət ·

Rusiya hökuməti ABŞ-ə rəsmi müraciət edərək Bella adlı neft tankerinin təqibinin dayandırılmasını istəyib və bildirib ki, gəmi artıq Rusiya bayrağı altında üzür.

Redaksiya NYT-ya istinadla xəbər verir ki, ABŞ rəsmiləri bu iddianı qəbul etmir və Bella tankerinin ilkin saxlanma zamanı bayraqsız olduğunu, hazırda da İran neftinin Venesuelaya daşınması ilə bağlı sanksiyalara tabe qaldığını vurğulayırlar.

Məlumata görə, ABŞ Sahil Mühafizəsi Karib dənizində gəmiyə yaxınlaşmağa cəhd göstərdiyi vaxt ekipaj bortda Rusiya bayrağını rəngləyib və bundan sonra Rusiya statusu iddia edilib.

Bildirilir ki, Bella tankeri İran mənşəli neft daşıdığı üçün ABŞ sanksiyaları altındadır, onun izləmə siqnalı dekabrın on yeddisində itib və bundan sonra marşrutunu dəyişdiyi müşahidə olunub.