ABŞ dövlət katibi Marko Rubionun Çinə səfər zamanı Air Force One təyyarəsində geyindiyi idman dəsti sosial şəbəkələrdə müzakirə yaradıb. Bu barədə Fox News və South China Morning Post məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq Rubionun boz rəngli Nike Tech geyimində fotosunu paylaşıb. Paylaşımda geyim “Maduro Nike Tech” kimi təqdim edilib.
Sosial şəbəkə istifadəçiləri Rubionun geyimini Venesuela lideri Nikolas Maduronun ABŞ tərəfindən saxlanıldığı zaman üzərində olduğu idman dəsti ilə müqayisə ediblər. Bu səbəbdən görüntü qısa müddətdə siyasi memə çevrilib.
Bəzi şərhçilər bunu Maduroya qarşı istehzalı mesaj kimi qiymətləndirib. Digərləri isə ABŞ dövlət katibinin rəsmi səfər zamanı belə siyasi simvolizmə müraciət etməsini qeyri-ciddi və təxribat xarakterli addım adlandırıblar.
Hadisə Tramp administrasiyasının Venesuela ilə bağlı sərt xətti və Çinə yüksək səviyyəli səfəri fonunda baş verib. Rubio və Ağ Ev tərəfindən geyimin məqsədli siyasi mesaj olub-olmaması ilə bağlı ayrıca rəsmi izah verilməyib.
