Son vaxtlar çia toxumları sağlam və zərərsiz arıqlama vasitəsi kimi geniş müzakirə olunur. Bildirilir ki, bu kiçik toxumlar inyeksiya, aclıq və ya dərman istifadəsi olmadan çəki azaltmağa kömək edə bilər və orqanizm üçün təhlükə yaratmır.
Redaksiya xəbər verir ki, çia toxumlarının təsir mexanizmi ROMS və CART genlərinin aktivləşməsi ilə əlaqələndirilir. Bu genlərin fəaliyyəti aclıq hissini zəiflədir, beyinə toxluq siqnalı göndərir və nəticədə insanın artıq qida qəbulunun qarşısı alınır.
Məlumata görə, bu proses əlavə kalorilərin yığılmasını əngəlləyir və tədricən çəki itirməyə şərait yaradır. Eyni zamanda, çia toxumları faydalı amin turşuları, Omega-3 yağ turşuları və həzm sistemi üçün vacib olan yüksək miqdarda liflə zəngindir.
Araşdırmalara əsasən, çia toxumlarının müntəzəm qəbulu orqanizmdə iltihabi proseslərin azalmasına kömək edir və metabolik sindromla mübarizədə müsbət rol oynaya bilər. Metabolik sindrom diabet, yüksək qan təzyiqi və 2-ci dərəcəli piylənmənin ilkin xəbərçisi hesab olunur.
İstifadə qaydası da olduqca sadədir. Tövsiyəyə görə, 1 xörək qaşığı çia toxumu 1 stəkan suya əlavə edilərək şişməsi üçün bir müddət gözlənilir. Həmçinin toxumlar qatıq, sıyıq, smuzi və ya salatlara qatılaraq da istehlak edilə bilər və yeməyin dadına mənfi təsir göstərmir.
