Rezai: İslam ordusu qurmağı hədəfləyirik

Rezai: İslam ordusu qurmağı hədəfləyirik

Sevinc Kərimova · Hərbi ·

İran rəsmilərinin açıqlamalarına görə, rəsmi Tehran bir sıra müsəlman ölkələrlə birgə ortaq hərbi ittifaq yaratmağı planlaşdırır.

Redaksiya xəbər verir ki, İranın Məqsədini Müəyyənetmə Şurasının üzvü Möhsün Rezai bəyan edib: “Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrlə ortaq bir İslam ordusu qurmağı hədəfləyirik.

İnqilab Keşikçiləri Korpusunun sabiq komandanı isə hazırda baş verən qarşıdurmalara yönəlik bildirib: “Hələlik soyuqqanlı davranırıq. Lakin qlobal güc balansını dəyişdirəcək hərbi potensialımızı tam şəkildə səfərbər etməmişik.

Baş verənlərin fonunda isə, İran lideri Ayətullah Əli Xameneinin hava hücumlarından sonra Tehranın şimal-şərqində yerləşən Lavizan bölgəsindəki yeraltı sığınacağa köçürüldüyü bildirilir. Bu məlumatı “Iran International” yayıb.

Sevinc Kərimova