Rəqəmsal pul kisəsi sahibləri real cinayət hədəfinə çevrilir

Rəqəmsal pul kisəsi sahibləri real cinayət hədəfinə çevrilir

Sevinc Kərimova · Media ·

Rus sosial şəbəkələrində tanınan bloqer və kriptoinvestorun itkin düşməsi kripto pul sahiblərinin şəxsi təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Redaksiya xəbər verir ki, son illərdə kripto aktiv sahiblərinə qarşı fiziki hücumlar və oğurluq halları dünyada ciddi problemə çevrilib.

Cinayətkarlar rəqəmsal pul kisələrinin açarlarına sahib olan şəxsləri hədəfə alır, onları qaçıraraq və ya zorakılıqla hədələyərək kripto aktivləri öz hesablarına köçürməyə məcbur edirlər.

Belə hücumlar ənənəvi bank oğurluqlarından fərqli olaraq saniyələr içində böyük məbləğlərin ələ keçirilməsinə imkan verir. Kripto əməliyyatlarının geri qaytarılmasının çətin olması isə bu riski daha da artırır.

Dünyanın müxtəlif ölkələrində artıq onlarla belə cinayət faktı qeydə alınıb. Rusiya da bu tendensiyadan kənarda qalmır.

Ekspertlər kriptoinvestorlara aktivləri barədə açıq danışmamağı, böyük məbləğləri tək pul kisəsində saxlamamağı, çoximzalı təhlükəsizlik sistemlərindən istifadə etməyi və şəxsi həyatla maliyyə məlumatlarını sosial şəbəkələrdə paylaşmamağı tövsiyə edirlər.

Hadisə göstərir ki, kripto sahəsində təhlükəsizlik artıq yalnız parol, cihaz və proqram təminatı məsələsi deyil, həm də fiziki şəxsi təhlükəsizlik problemidir.