Fransanın avtomobil nəhəngi Renault Ukraynada pilotsuz uçuş aparatları istehsalına başlamağa hazırlaşır. Bu barədə məlumatı Franceinfo yayıb.
Redaksiya xəbər verir ki, istehsal prosesi Renault ilə yanaşı, Fransanın iki müdafiə sənayesi şirkəti — biri kiçik, digəri isə orta olmaqla birgə həyata keçiriləcək. Zavodun cəbhə xəttindən bir neçə onlarla və ya yüzlərlə kilometr aralıda yerləşəcəyi gözlənilir. Bu təşəbbüs Ukraynanın hərbi müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.
Sevinc Kərimova
