Range Rover yeni ikincil loqo və naxış dizaynını təqdim etdi

Range Rover yeni ikincil loqo və naxış dizaynını təqdim etdi

Fərid Əlizadə · İqtisadiyyat ·

Range Rover modellərinin ön və arxa hissəsindəki klassik yazılı loqo dəyişməz qalacaq.

Redaksiya xəbər verir ki, Jaguar Land Rover (JLR) şirkəti, "Brendlər Evi" (House of Brands) strategiyasının bir hissəsi olaraq Range Rover üçün yeni ikincil loqo və fərqli bir naxış dizaynını təqdim edib. Yeni loqo üst-üstə düşən və güzgü formasında çevrilmiş “R” hərflərindən ibarətdir. Şirkət bununla Range Rover-i Land Rover-dən ayrılmış müstəqil marka kimi daha da fərqləndirməyi hədəfləyir.

Eyni zamanda “Range Rover Naxışı” da təqdim olunub. Bu naxış iç-içə keçmiş və döndərilmiş “R” hərflərinin şahmatvari düzülüşü ilə formalaşıb. Avtomobil istehsalçısı bu motivin gələcək modellərin ön hissəsində və ya salon interyerində istifadə edilə biləcəyini istisna etmir.

JLR rəsmiləri bildiriblər ki, bu simvolik loqo “Range Rover” yazısını əvəz etməyəcək, sadəcə yazının yerləşə bilmədiyi kiçik əşyalar, geyim etiketləri və tədbir məkanlarındakı dekorativ məqsədlər üçün nəzərdə tutulub.

Kənan Cəlilov