Qvineya‑Bissau prezidenti Umaru Sissoku Embalonun ölkədə baş verən çevriliş cəhdi fonunda hərbçilər tərəfindən saxlanıldığı açıqlanıb. Dövlət başçısının Baş Qərargah idarəsində nəzarət altında olduğu bildirilir.
Redaksiya xəbər verir ki, hərbi mənbələr AFP-yə Embalonun “yaxşı münasibətlə” saxlanıldığını və vəziyyətin tam nəzarətə götürüldüyünü bildirib. Hərbçilər ölkədə keçirilən prezident seçkilərinin prosesini də dayandırdıqlarını açıqlayıb.
Məlumata görə, yüksək rütbəli zabitlər həmçinin prezidentlə birlikdə Baş Qərargah rəisinin və daxili işlər nazirinin də saxlandığını təsdiqləyiblər. Seçkilərdə ikinci müddətə namizəd kimi üstün mövqedə olduğu bildirilən Embalonun taleyi ilə bağlı əlavə məlumatlar gözlənilir.
Ölkədə siyasi vəziyyətin gərgin olaraq qaldığı, hərbi rəhbərliyin isə idarəetməni tam nəzarətə götürdüyünü bəyan etdiyi qeyd olunur.
