Qlobal neyron şəbəkələr çökdü. Texnoloji iflic yaşanır

Qlobal neyron şəbəkələr çökdü. Texnoloji iflic yaşanır

Fərid Əlizadə · Media ·

Qlobal miqyasda texnoloji geriləmə yaşanır; dünyanın ən populyar neyron şəbəkələri kütləvi şəkildə sıradan çıxıb. Bu hadisə neyroapokalipsis olaraq xarakterizə edilir və istifadəçilər arasında böyük narahatlıq yaradıb.

Redaksiya məlumat verir ki, ilk olaraq ChatGPT və CodeX işləməyi dayandırıb və bir saatdır ki, fəaliyyət göstərmir. Ardınca Gemini və Claude da sıradan çıxaraq, milyonlarla istifadəçini əlaqəsiz qoyub.

Məlumatlara əsasən, populyar video platforması YouTube da bu çöküşdən təsirlənib və işləməyi dayandırıb. Ümumilikdə, cəmi 60 dəqiqə ərzində texnoloji dünya 5 il geriyə, ibtidai neyron şəbəkələrindən əvvəlki dövrə qayıdıb, hətta Microsoft-un Copilot-u da bu çöküşdən yan keçməyib.