Qida zəhərlənmələrinin 65%-dən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir

Qida zəhərlənmələrinin 65%-dən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir

Aytac Dəniz · Cəmiyyət ·

Qida zəhərlənməsi hadisələrinin 65%-dən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Validə Sadıxova bildirib.

Şöbə müdiri vurğulayıb ki, kütləvi tədbirlər zamanı qidaların hazırlanması prosesində çarpaz çirklənmə, qida hazırlayan şəxslərin sağlamlıq vəziyyəti, hazır yeməklərin uyğun olmayan temperaturda saxlanılması, eləcə də daşınma şəraiti əsas risk faktorlarıdır.

Qida zəhərlənməsi hadisələrinin araşdırılmasında qalıq qida nümunələrinin saxlanılması və AQTA müfəttişlərinə təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Bu, hadisənin səbəblərinin müəyyənləşdirilməsinə və epidemioloji araşdırmanın düzgün aparılmasına imkan verir.

AQTA vətəndaşları kütləvi tədbirlər zamanı qidaların hazırlanması, saxlanılması və daşınması qaydalarına ciddi əməl etməyə, qida təhlükəsizliyinə məsuliyyətlə yanaşmağa çağırır.