Qəzzanın iqtisadi mərkəzə çevrilməsi planı

Qəzzanın iqtisadi mərkəzə çevrilməsi planı

Arzu Qafarova · İqtisadiyyat ·

Davosda təqdim olunan yeni təşəbbüs Qəzza zolağının mərhələli şəkildə bərpasını və 2035-ci ilə qədər regional iqtisadi mərkəzə çevrilməsini nəzərdə tutur. Layihə Board of Peace təşkilatının nizamnaməsinin imzalanması zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni və xüsusi elçisi Cared Kuşner tərəfindən ictimaiyyətə açıqlanıb.

Redaksiya xəbər verir ki, plan müasir kommunal infrastrukturun və ictimai xidmətlərin yaradılması üçün ümumilikdə $25 milyarddan çox vəsait tələb olunduğunu nəzərdə tutur. Sənədə əsasən, qarşıdakı onillikdə Qəzzanın ümumi daxili məhsulunun $10 milyarddan yuxarı qaldırılması, orta illik ailə gəlirinin isə $13,000-dan çox olması hədəflənir.

Master-plan altı mərhələli inkişaf qrafiki üzrə hazırlanıb və cənubdan şimala doğru irəliləyir. Phase I Rəfah və Xan Yunisi əhatə edir. Phase II Xan Yunisin genişləndirilməsini nəzərdə tutur. Phase III mərkəzi qaçqın düşərgələrində inkişafı, Phase IIII isə Qəzza şəhərinin yenidən qurulmasını fokus nöqtəsi kimi müəyyənləşdirir.

Layihəyə əsasən, sahil xəttinin böyük hissəsi turizm üçün ayrılıb və burada 180 qarışıq təyinatlı qüllənin tikintisi planlaşdırılır. Zolağın daxili əraziləri isə yaşayış məhəllələri və 25 kvadrat kilometrdən çox sahəni əhatə edən sənaye zonaları üçün nəzərdə tutulub; bu zonalarda məlumat mərkəzləri və qabaqcıl istehsal müəssisələri yerləşdiriləcək.

İnfrastruktur paketinə yeni liman və hava limanı, Rəfahda üçtərəfli keçid, arxa liman logistika dəhlizi ilə yük dəmir yolu xətti, həmçinin şəhər mərkəzlərini birləşdirən dairəvi və əsas yollar şəbəkəsi daxildir. Yeni iqtisadi modelin dəstəklənməsi üçün peşə hazırlığı və yenidən ixtisaslaşma proqramlarına $1.5 milyard ayrılıb və tikinti, kənd təsərrüfatı, istehsal və rəqəmsal sektorlar üzrə 500,000-dən çox yeni iş yerinin yaradılması məqsəd qoyulub.

Bundan əlavə, kommersiya zonaları, biznes rayonları və yerli sahibkarlığı stimullaşdırmaq üçün mikromaliyyə qrantlarını əhatə edən $3 milyardlıq investisiya fondu yaradılması planlaşdırılır.