Qəzzada ölənlərin sayı 472 min? – Harvard hesabatı

Qəzzada ölənlərin sayı 472 min? – Harvard hesabatı

Sevinc Kərimova · Cəmiyyət ·

Qəzzada müharibənin miqyası ilə bağlı yeni dəhşətli statistika açıqlanıb.

Redaksiya xəbər verir ki, Harvard Universitetinin apardığı araşdırmaya və İsrail ordusunun məlumatlarına əsaslanan hesabatda bildirilir ki, Qəzza zolağının əhalisi 2,2 milyon nəfərdən 1,85 milyon nəfərə enib.

Harvardın hesabatına görə, Qəzzada ümumilikdə 472 min nəfər həyatını itirib. Bildirilir ki, 377 min insan bina qalıqları altında və kütləvi məzarlıqlarda basdırılıb.

Bu rəqəm daha əvvəl yayılan və 50 min nəfərin öldüyünü iddia edən məlumatların gerçək durumu əks etdirmədiyini göstərir.

Sevinc Kərimova