Yaxın Şərqdəki diplomatik mənbələrə görə, Qəzza razılaşmasının əldə olunmasında Türkiyənin rolu həlledici olub. Mənbə bildirib ki, Ankara həm danışıqlara birbaşa müdaxilə edib, həm də HƏMAS üzərində ciddi təzyiq göstərib.
Redaksiya mənbəyə istinadla xəbər verir ki, Türkiyə kəşfiyyatının HƏMAS-la apardığı intensiv təmaslar danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırıb və tərəflər arasında razılığın əldə edilməsini təmin edib. Mənbənin sözlərinə görə, türk tərəfi ABŞ Prezidenti Donald Trampa “əhatəli və qalıcı razılaşma” təmin edəcəyinə dair söz verib.
i24 News yazarı Bədrəddin Bölükbaşının məlumatına görə, məhz Türkiyənin bu təzyiqi nəticəsində HƏMAS Trampın Qəzza planındakı əsas bəndlərlə razılaşıb. Ankara həm sağ qalan girovların, həm də həlak olanların cəsədlərinin eyni vaxtda təhvil veriləcəyinə dair təminat verib.
