Qətərin Baş naziri Mühəmməd bin Əbdülrəhman Əl Tani İsrailin hücumunu yalnız “dövlət terrorizmi” kimi qiymətləndirmək olar, deyə bildirib. Onun sözlərinə görə, bu hadisə bölgənin gələcək hücumların qarşısını almaq üçün kompleks yanaşmaya ehtiyac duyduğunu göstərir.
Redaksiya Al Jazeera-yə istinadla xəbər verir ki, Əl Tani vurğulayıb: “Bu gün biz elə bir dönüş nöqtəsinə çatmışıq ki, bütün region belə barbar hərəkətə cavab verməlidir”.
Məlumata görə, Qətər diplomatı Mühəmməd bin Əbdüləziz Əl-Xuləifi rəhbərliyi altında xüsusi komanda formalaşdırır. Bu komanda İsrailin hücumuna hüquqi cavab tədbirlərini həyata keçirəcək.
