Qazaxıstanda 15 milyon sakinin məlumatları sızıb

Qazaxıstanda 15 milyon sakinin məlumatları sızıb

Fərid Əlizadə · Media ·

Qazaxıstanda təxminən 15 milyon insanın şəxsi məlumatlarının Darknetdə satışa çıxarıldığı iddia olunur. shymzz13 ləqəbli haker məlumat bazası üçün 0,5 bitkoin tələb etdiyini bildirib. Hazırda məlumat sızmasının miqyası və mənbəyi rəsmi şəkildə təsdiqlənməyib.

Redaksiya xəbər verir ki, satışa çıxarıldığı iddia edilən bazada pasport məlumatları, telefon nömrələri, elektron poçt ünvanları, parollar, iş yerləri haqqında məlumatlar və sənədlərin skan edilmiş surətlərinin olduğu bildirilir.

Haker məlumatları Qazaxıstanın eGov dövlət xidmətləri portalındakı boşluq vasitəsilə əldə etdiyini iddia edir. Bununla yanaşı, eGov istifadəçilərinin daha əvvəl spam mesajları və şəxsi məlumatların yayılması ilə bağlı hallarla üzləşdiyi bildirilir.

Hazırda sözügedən bazanın həqiqiliyini, 15 milyon nəfərə aid məlumatı əhatə edib-etmədiyini və məlumatların məhz eGov sistemindən əldə olunduğunu təsdiqləyən rəsmi açıqlama yoxdur.