Qatlana bilən iPhone-un ilk görüntüləri yayıldı - VİDEO

Qatlana bilən iPhone-un ilk görüntüləri yayıldı - VİDEO

Fərid Əlizadə · Media ·

Apple-ın qatlana bilən iPhone modeli ilə bağlı ilk görüntülərin yayıldığı iddia olunur.

Redaksiya xəbər verir ki, daxili mənbələrə görə, yeni smartfonun dizaynı istehsal mərhələsində zavoddan sızdırılıb.

Məlumata əsasən, cihaz üç ekranlı quruluşa malik ola bilər və açıldıqda adi iPhone-dan xeyli böyük istifadə sahəsi təqdim edəcək.

Bu dizayn istifadəçilərə həm smartfon, həm də kiçik planşet təcrübəsi verə bilər.

Qatlana bilən iPhone-un rəsmi təqdimatının sentyabr ayında keçiriləcəyi gözlənilir.

Apple hələlik bu model, texniki göstəricilər və təqdimat tarixi ilə bağlı rəsmi açıqlama verməyib.

Buna baxmayaraq, sızma texnologiya həvəskarları arasında böyük maraq yaradıb və Apple-ın qatlana bilən cihaz bazarına necə daxil olacağı ilə bağlı müzakirələri gücləndirib.