“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxıb. Ağdam təmsilçisi Macarıstanın “Ferentsvaroş” klubuna qarşı keçirtdiyi görüşdə əhəmiyyətli nəticə əldə edib.
Redaksiya xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqibini 3-1 hesabı ilə məğlub edib. Bu nəticə “Qarabağ”ın qrup mərhələsinə yüksəlmək şansını artırıb.
Oyunda “Qarabağ” futbolçuları fəal hücumlarla fərqlənib və üstünlüyü ələ alıblar. Azarkeşlərin dəstəyi altında komanda oyunun ikinci hissəsində həlledici qolları vuraraq qələbəni təmin edib.
Cavab görüşü Macarıstanda keçiriləcək. Bu oyunun nəticəsi “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb-qazanmayacağını müəyyən edəcək.
Fərid Əlizadə
