Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları arasında 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş “Zəfər Kuboku 2026” futbol turnirin mərhələsi keçirilib.
“SOCAR Polymer”in sponsorluğu ilə AZFAR Xətaifutbol meydançasında təşkil olunan turnirdə universitetin müxtəlif fakültə və struktur bölmələrini təmsil edən 7 komanda iştirak edib.
ADNSU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda Rəqəmsal texnologiyalar fakültəsinin “Səkkizlik”, Energetika fakültəsinin “İldırım”, Yer elmləri və Neft mühəndisliyi fakültəsinin “GeoPetro FC”, Sənaye mühəndisliyi fakültəsinin “İmpuls FC” komandaları, eləcə də universitetin struktur bölməsini təmsil edən“Dream Team”, İdman Kompleksi və TTO şöbəsinin komandası və “Rektoratlıq” komandası mübarizə aparıb.
Fonal turnirində “Rektoratlıq” komandası birinci yeri tutaraq qalib olub. Rəqəmsal texnologiyalar fakültəsinin “Səkkizlik” komadası ikinci və universitetin İdman Kompleksi komandası üçüncü yerin qalibi olublar.
Turnirin əsas məqsədi universitet əməkdaşları arasında komanda ruhunu və həmrəyliyi gücləndirmək, sağlam rəqabəti təşviq etmək, həmçinin idman mədəniyyətinin inkişafına töhfə vermək olub.

ADNSU əməkdaşları arasında “Zəfər Kuboku 2026” futbol turnirinin final mərhələsi keçirilib
Aytac Dəniz · İdman ·