Qalibaf Nəbih Berri ilə telefon danışığı aparıb və sərt açıqlamalar verib

Qalibaf Nəbih Berri ilə telefon danışığı aparıb və sərt açıqlamalar verib

Nizami Salmanov · Media ·

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livandakı vəziyyətlə bağlı sərt açıqlama verib.

Redaksiya xəbər verir ki, Qalibaf Livan parlamentinin sədri Nəbih Berri ilə telefon danışığı apardığını bildirib.

Onun sözlərinə görə, söhbət zamanı İsrailin Livandakı hücumlarının davam etməsi halında Tehranın daha sərt mövqe tutacağı vurğulanıb.

“Qardaşım, Livan parlamentinin sədri cənab Nəbih Berri ilə danışığımda vurğuladım ki, əgər İsrail rejiminin Livandakı cinayətləri davam edərsə, biz təkcə dialoq prosesini dayandırmayacağıq, həm də onların qarşısında qətiyyətlə dayanacağıq”, — deyə Qalibaf bildirib.

O, çıxışında İran və Livan xalqlarının qardaşlığını, müqavimət xəttini və vətənin müdafiəsini xüsusi vurğulayıb.

“Yaşasın müqavimət! Yaşasın vətənin müdafiəsi! Yaşasın İran və Livan xalqlarının qardaşlığı!” — deyə İran parlamentinin sədri qeyd edib.

Açıqlama İsrail-Livan xəttində gərginliyin artdığı və İranın ABŞ-la danışıqların taleyini Livandakı vəziyyətlə əlaqələndirdiyi dövrə təsadüf edir.