Rusiya Prezidenti Vladimir Putinin çıxışı zamanı “ura” sözünü bir neçə dəfə deməkdə çətinlik çəkdiyi görüntülər müzakirə yaradıb.
Redaksiya xəbər verir ki, kadrları TASS yayımlayıb.
Məlumata görə, videoda Putin üç dəfə “ura” deməyə çalışır, lakin sözlərdən birində “vra” kimi səslənən ifadə işlədir.
İddialara əsasən, həmin video əvvəlcə Kremlin rəsmi saytında da yerləşdirilib, lakin daha sonra silinib.
Hadisə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər görüntüləri Kremlin protokol və media komandasının texniki səhvi kimi qiymətləndiriblər.
Rusiya tərəfi videonun silinməsi və kadrların necə yayımlanması ilə bağlı hələlik ayrıca rəsmi izah verməyib.
