Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh planını açıqlayıb.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, təklifə əsasən, Moskva Xarkov və Sumı bölgələrində nəzarətində saxladığı kiçik əraziləri geri qaytarmağa hazırdır. Əvəzində Ukrayna Donetsk və Luqanskdan tamamilə imtina etməli, Rusiya isə Xerson və Zaporojyedə irəliləyişini dayandırmalıdır.
Putin həmçinin Krım üzərində Rusiyanın suverenliyinin rəsmi tanınmasını istəyir. NATO məsələsində isə Ukraynanın alyansa qoşulması qadağan olunur, lakin alternativ “təhlükəsizlik zəmanətləri” nəzərdə tutulur.
Rusiya əlavə olaraq sanksiyaların qismən ləğvini, rus dilinə rəsmi status verilməsini və Rus Pravoslav Kilsəsinə azad fəaliyyət imkanı tanınmasını tələb edir.
Sevinc Kərimova
