Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski Moskvaya gəlmək qərarı verərsə, onu qəbul etməyə hazırdır.
Redaksiya “İnterfaks” və RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.
Uşakovun sözlərinə görə, Putin dəfələrlə Zelenski görüş istədiyi halda Moskvanın onu qəbul etməyə və danışıqlar aparmağa hazır olduğunu deyib.
Kreml rəsmisi bildirib ki, Kiyevdən müxtəlif vasitəçilər, o cümlədən Slovakiya Baş naziri Robert Fiko və ABŞ Prezidenti Donald Tramp üzərindən siqnallar gəlsə də, Moskva birbaşa müraciət gözləyir.
Uşakov əlavə edib ki, əgər Zelenski danışıqlar istəyirsə, Moskva ilə əlaqə saxlamalıdır.
