Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin çoxqütblü dünya ilə bağlı birgə deklarasiya imzalayacaqlar.
Redaksiya xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Sənəd “Çoxqütblü dünyanın formalaşması və yeni tip beynəlxalq münasibətlər haqqında” adlanacaq.
Deklarasiyanın Vladimir Putinin 19-20 may tarixlərində Çinə rəsmi səfəri zamanı imzalanması planlaşdırılır.
Moskva və Pekin bu sənədi Qərb mərkəzli beynəlxalq sistemə alternativ baxışın siyasi ifadəsi kimi təqdim edir.
