Putin Trampa lağ etdi

Putin Trampa lağ etdi

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın son açıqlamasına reaksiya verib.

Redaksiya xəbər verir ki, Tramp bir neçə gün öncə Rusiya lideri ilə bağlı məyusluğunu ifadə edərək, “Putin mənə xəyal qırıqlığı yaşatdı” demişdi. Buna cavab olaraq, Vladimir Putin deyib: “Bütün xəyal qırıqlıqları həddindən artıq gözləntilərdən yaranır.”

Putinin bu ifadəsi birbaşa Trampın bəyanatına eyham kimi dəyərləndirilir.

Qeyd edək ki, Tramp prezidentliyinin əvvəlindən etibarən Putinlə daha konstruktiv münasibətlər qurmağa çalışmış, lakin bəzi sahələrdə gözlədiyi nəticəni əldə edə bilmədiyini dəfələrlə etiraf etmişdi.

Sevinc Kərimova