Putin Tramp ilə danışıqlarda Çin variantını gündəmə gətirib

Putin Tramp ilə danışıqlarda Çin variantını gündəmə gətirib

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə danışıqlarda Ukraynanın təhlükəsizliyi məsələsinə toxunub.

Redaksiya xəbər verir ki, Axiosun məlumatına görə, Putin təhlükəsizlik zəmanətlərindən biri kimi Çin variantını mümkün seçimlər sırasında xatırladıb. Məsələ ilə bağlı mənbələr bildiriblər ki, Rusiya lideri Kiyev üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsinə hazır olduğunu təsdiqləyib.

Bundan əvvəl Donald Tramp Avropa siyasətçiləri ilə söhbətində qeyd etmişdi ki, Rusiya ABŞ tərəfindən Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə etiraz etməyəcək, amma bu, NATO xətti ilə həyata keçirilməyəcək. Həmin açıqlama barədə Bloomberg məlumat yayıb.

Sevinc Kərimova