Putin: Rusiya Ukraynada başqasının deyil, özünə aid olanı geri alır

Putin: Rusiya Ukraynada başqasının deyil, özünə aid olanı geri alır

Sevinc Kərimova · Siyasət ·

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı növbəti açıqlaması ilə gündəmə gəlib.

Redaksiya xəbər verir ki, dövlət başçısı bəyanatında Rusiyanın Ukrayna ərazisində başqasına deyil, özünə məxsus olan torpaqları geri aldığını bildirib: “Biz orada başqasının yox, bizə aid olanı geri alırıq. Ordumuz cəbhə xətti boyunca irəliləməyə davam edir.”

Putin həmçinin bu əməliyyatların əsas məqsədinin Rusiyanın təhlükəsizliyini təmin etmək olduğunu deyib. O, Ukrayna müharibəsini geosiyasi zərurət kimi qiymətləndirərək, “Rusiya öz suverenliyini və gələcəyini qorumaq üçün hərəkət edir” ifadəsini işlədib.

Qeyd edək ki, Rusiya ordusu son həftələrdə cəbhənin müxtəlif istiqamətlərində aktiv hərbi əməliyyatlar aparır və Ukraynanın şərqində bir sıra ərazilərin nəzarətini ələ keçirdiyini iddia edir.

Sevinc Kərimova