Rusiya Prezidenti Vladimir Putin Qrenlandiya məsələsinin Rusiyaya aid olmadığını bildirərək, bu mövzuda ölkəsinin tərəf olmadığını bəyan edib və məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib.
Redaksiya məlumat verir ki, Putin çıxışında Rusiyanın tarixdə ABŞ ilə ərazi alqı-satqısı təcrübəsinə malik olduğunu xatırladıb və 1867-ci ildə Alyaskanın ABŞ-yə satılmasını nümunə kimi göstərib.Onun sözlərinə görə, Alyaska təxminən 1.7 milyon kvadrat kilometr əraziyə malik olub və həmin dövrdə həyata keçirilən satışın bugünkü dəyəri təxminən 158 milyon dollar səviyyəsində qiymətləndirilir.
Putin müqayisə apararaq bildirib ki, Qrenlandiyanın ərazisi təxminən 2.16 milyon kvadrat kilometrdir və bu göstəricilər əsasında hesablandıqda, Qrenlandiyanın mümkün qiyməti təqribən 200–250 milyon dollar civarında ola bilər.
