Putin: Qərbi dəfələrlə xəbərdar etdik, Rusiya cavab verməyə hazırdır

Putin: Qərbi dəfələrlə xəbərdar etdik, Rusiya cavab verməyə hazırdır

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidenti Vladimir Putin Qərbin mövcud siyasətini tənqid edərək bildirib ki, onlar qlobal bərabərliyi pozur və mütləq üstünlük axtarırlar. Onun sözlərinə görə, Moskva dəfələrlə xəbərdarlıq etsə də, Qərb öz mövqeyini dəyişməyib.

Redaksiya xəbər verir ki, Putin Rusiyanın silahlanma yarışında maraqlı olmadığını vurğulayıb. Bununla yanaşı, o, ölkəsinin mümkün təhlükələrə hərbi güclə cavab verməyə hazır olduğunu bəyan edib.

Putin əlavə edib ki, Rusiya öz milli təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək və bu istiqamətdə qətiyyət nümayiş etdirəcək.