Putin Lavrovu zarafatla imperialist adlandırıb

Putin Lavrovu zarafatla imperialist adlandırıb

Sevinc Kərimova · Siyasət ·

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər naziri Sergey Lavrovu zarafatla “imperialist” adlandırıb. Bu ifadə ABŞ senatoru Marko Rubionun Lavrovun geydiyi, üzərində “SSRİ” yazılmış sviterə kompliment etməsindən sonra səslənib.

Redaksiya xəbər verir ki, görüş zamanı Rubionun zarafatla dediyi sözlər Putini də gülüşünə səbəb olub. Dövlət başçısı Lavrova müraciətlə “imperialist” ifadəsini işlədərək söhbətə yumor qatıb.

Xatırladaq ki, Rusiya rəsmilərinin geyim və simvollarında sovet atributikasına tez-tez rast gəlinir. Bu isə Qərb ölkələrində birmənalı qarşılanmır və çox vaxt siyasi mesaj kimi qiymətləndirilir.

Sevinc Kərimova