Putin hələ sülh sazişinə hazır deyil

Putin hələ sülh sazişinə hazır deyil

Sevinc Kərimova · Siyasət ·

Son Ukrayna danışıqlarının nəticələri göstərir ki, Rusiya Prezidenti Vladimir Putin hələ sülh sazişi imzalamağa hazır deyil. Moskvada beş saat davam edən görüşlərdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və Donald Trampın müşaviri və kürəkəni Cared Kuşner iştirak edib. Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, “heç bir kompromis versiyası hələ tapılmayıb”.

Redaksiya BBC-ə istinadla xəbər verir ki, Putin Ukrayna rəhbərliyini “oğru juntası” adlandırıb, Avropa liderlərini sülh təşəbbüslərini pozmaqda ittiham edib və Rusiyanın döyüş meydanında təşəbbüsü əlində saxladığını vurğulayıb. Onun bu mövqeyi, Kreml liderinin müharibədə qalib olduğuna inandığını və indi dayanmaq vaxtı olmadığını göstərir.

Eyni zamanda məlumat verilir ki, Rusiyanın müharibəni davam etdirməsi üçün lazım olan resurslar tükənməyə doğru gedir. Putinin iqtisadi sahədə bəzi problemləri etiraf etməsi və istehsalın azaldığını qeyd etməsi, Kremlin gələcək hərbi qərarlarını iqtisadi vəziyyətin təsir edə biləcəyini göstərir.