PSG-nin çempionluğu Paris küçələrində qarşıdurmalara səbəb oldu – VİDEO

PSG-nin çempionluğu Paris küçələrində qarşıdurmalara səbəb oldu – VİDEO

Fərid Əlizadə · İdman ·

PSG klubunun UEFA Çempionlar Liqasının finalında Inter üzərində qazandığı 5:0 hesablı tarixi qələbə Parisdə böyük sevinc və eyni zamanda qarşıdurmalarla yadda qalır. Qələbəni qeyd edən minlərlə azarkeş gecə saatlarında şəhərin müxtəlif nöqtələrinə axışdı, lakin hadisələr qısa müddət sonra nəzarətdən çıxdı.

Redaksiya xəbər verir ki, paytaxtın əsas prospektləri və ətraf ərazilərdə toplaşan kütlə, atəşfəşanlıq, səs bombaları və yol kənarında quraşdırılmış maneələri yandırmaqla sükunəti pozub. Polis qüvvələri izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Rəsmilərin məlumatına görə, azı 68 nəfər saxlanılıb. Polis həm də bir neçə avtomobilin və vitrinlərin dağıdıldığını, təhlükəsizlik kameralarının sıradan çıxarıldığını açıqlayıb. Bəzi azarkeşlərin metro çıxışlarını bağlamağa cəhd etdiyi, ictimai nəqliyyatda gecikmələr yaşandığı da bildirilib.

Hadisələr yalnız Parislə məhdudlaşmayıb. Matçdan əvvəl Münhendə də PSGInter Milan azarkeşləri arasında metro stansiyalarından birində fiziki toqquşmalar yaşanıb. Alman polisi müdaxilə edərək zorakılığı yatırıb və araşdırmalara başlayıb.

PSG-nin Avropa arenasında ilk dəfə qazandığı bu möhtəşəm qələbə klub tarixində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilsə də, sevinci müşayiət edən zorakı hadisələr Fransa cəmiyyətində narahatlıq yaradıb. Hakimiyyət orqanları futbol azarkeşlərini məsuliyyətli davranmağa çağırıb və gələcək tədbirlər üçün təhlükəsizlik tədbirlərinin artırılacağını bildirib.

Fərid Əlizadə