Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib və onu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib. Dövlət başçısı Rusiya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar arzulayıb.
Redaksiya Prezident.az-a istinadla xəbər verir ki, Vladimir Putin təbriklərə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər barədə də danışıblar və Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
