Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib - FOTOLAR

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib - FOTOLAR

Aytac Dəniz · Siyasət ·

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gəlib.

“Manas” beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşıladı.