Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əvəzolunmaz və etibarlı tərəfdaş olduğunu sübut edib.
Redaksiya xəbər verir ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın hazırda 14 ölkəyə təbii qaz ixrac etdiyini qeyd edib. Prezident vurğulayıb ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri regionda sabitliyin və iqtisadi inkişafın mühüm dayağına çevrilib.
İlham Əliyev həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji əməkdaşlığının daha da genişləndirilməsinin önəmini qeyd edib və qarşılıqlı etimada əsaslanan ortaq layihələrin gələcək üçün strateji əhəmiyyət daşıdığını bildirib.
