Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır

Aytac Dəniz · Siyasət ·

Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır.

Bu barədə Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Artıq 600 hektardan çox ərazinin müəyyənləşdirildiyini deyən dövlətimizin başçısı orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşa ediləcəyini diqqətə çatdırıb.