Polşa Avropa İttifaqının yeni SAFE müdafiə maliyyələşdirmə proqramı çərçivəsində 43,7 milyard avroluq kredit sazişi imzalayıb.
Redaksiya məlumat verir ki, Polşa bu proqram üzrə razılaşmanı yekunlaşdıran ilk Aİ üzvü olub və 150 milyard avroluq fond daxilində ən böyük tək maliyyə paketini əldə edib.
Sazişə əsasən, Varşava dərhal ümumi məbləğin 15 faizi həcmində, təxminən 6,5 milyard avro avans alacaq.
Vəsaitlərin 2030-cu ilə qədər hava hücumundan müdafiə sistemləri, antidron texnologiyaları, artilleriya, sursat istehsalı və “Şərq Qalxanı” sərhəd istehkam layihəsinə yönəldilməsi nəzərdə tutulur.
Məlumata görə, ayrılan maliyyənin təxminən 89 faizi Polşanın yerli müdafiə sənayesinə sərf ediləcək.
Bu addım Polşanın regional təhlükəsizlikdə rolunu gücləndirməklə yanaşı, Aİ-nin müdafiə sənayesində daha müstəqil və koordinasiyalı modelə keçidinin mühüm mərhələsi kimi qiymətləndirilir.
