Pekindən raket alan Tehrana sanksiya və Trampdan hərbi mesaj

Pekindən raket alan Tehrana sanksiya və Trampdan hərbi mesaj

Sevinc Kərimova · Siyasət ·

İran Xarici İşlər Nazirliyi ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları “qanunsuz və beynəlxalq hüquqa zidd” adlandırıb. Rəsmi Tehranın bəyanatına görə, bu məhdudiyyətlər ABŞ-ın uzun müddətdir uğursuzluğa düçar olmuş təzyiq siyasətinin bir hissəsidir.

Redaksiya xəbər verir ki, “Fox News”un yaydığı məlumata əsasən, İran Çin Xalq Respublikasından 50 ədəd “təyyarə qatili” kimi tanınan Dongfeng-16 tipli ballistik raket alıb. Bu silahlar qitələrarası hədəfləri dəqiq vurmaq qabiliyyəti ilə tanınır və strateji təhlükə hesab olunur.

ABŞ prezidenti Tramp isə məsələ ilə bağlı sərt mövqe sərgiləyib. “New York Post”un yazdığına görə, o, İranın uranı daha da zənginləşdirməyə davam etməsi halında, hərbi müdaxilə variantının gündəmə gələcəyini bildirib: “Başqa yolumuz qalmayacaq” – deyə Tramp vurğulayıb.

Sevinc Kərimova