Pavel Durov Taker Karlsona müsahibəsində: “Rusiyada özümü daha azad hiss edirdim”

Pavel Durov Taker Karlsona müsahibəsində: “Rusiyada özümü daha azad hiss edirdim”

Sevinc Kərimova · Cəmiyyət ·

Telegram-ın yaradıcısı Pavel Durov məşhur amerikalı jurnalist Taker Karlsona verdiyi yeni müsahibəsində Fransa hakimiyyətinin onu hansı əsaslarla ittiham etdiyini hələ də anlamadığını deyib. O, həmçinin Fransada həbsdə keçirdiyi günlərdən və bu müddətdə yaşadıqlarından bəhs edib.

Redaksiya xəbər verir ki, Durov müsahibəsində Rusiyada daha çox azadlıq hiss etdiyini bildirib. Onun sözlərinə görə, Qərbdə ifadə və fərdi azadlıqlar mövzusunda təbliğat olsa da, praktiki müstəvidə bu dəyərlərin qorunmadığını düşünür. “Rusiyada ən azı nə ilə qarşılaşacağımı bilirdim. Amma Fransada mənə irəli sürülən iddialar hələ də aydın deyil.” – deyə o vurğulayıb.

Sevinc Kərimova